Saakaşvili: Toxunsanız, özümü damdan atacam – CANLI

12:05 | 05.12.2017
Saakaşvili: “Toxunsanız, özümü damdan atacam”
Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.
Bu barədə “1+1” telekanalı məlumat yayıb.
“Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, – deyə məlumatda bildirilir.
///Oxu.Az