Sabah bu yol bağlı olacaq – XƏBƏRDARLIQ

14:54 | 23.05.2018

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır.

Editor.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırlması sabah axşam saatlarınadək qüvvədə olacaq.