Sabahın hava proqnozu açıqlandı: XƏBƏRDARLIQ

12:59 | 17.07.2017
15 dəfə oxundu

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.
Editor.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  norma daxilində – 761 mm civə sütunu  təşkil edəcək.
Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.