Sabiq XİN başçısı: “Ermənistan torpaqlarımızdan sülh yolu ilə çıxmaq istəmir”

19:17 | 18.10.2018

“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair heç bir yenilik müşahidə olunmur”. Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Qağlıq Qarabağ münaqişəsi uzun müddətdir ki, Ermənistan- Azərbaycan arasında mübahisəli məsələ kimi qalır:

“İşğalçı Ermənistan işğal etdiyi torpaqlarımızdan sülh yolu ilə çıxmaq istəmir. Baxmayaraq ki, beynəlxalq qurumlar və əksər ölkə Dağlıq Qarabağın Azərbaycana qaytarılmalı olduğunu etiraf edir. BMT-nin 4 qətnaməsi bu işdə başlıca hüquqi bazadır. Amma təcavüzkar qonşumuz öz işğalçı mövqeyindən əl çəkimir. Bu mənada münaqişənin tənzimlənməsinə ilə bağlı hər hansı bir dəyişiklik yoxdur və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini mümkünsüz edən Ermənistandır”.

//sherg.az