backend

Şahdağ Millli Parkında yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahdağ Millli Parkında yanğın hadisəsi olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.
Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.
Hazırda yanğın lokallaşdırılmaq üzrədir.