Salyan şosesində dəhşətli anlar – Avtomobil alışdı

16:05 | 07.12.2017

Salyan şosesində avtomobil alışıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə Salyan şosesinin 14-cü kilometrliyində, Şıx çimərliyi yaxınlığındakı yolda baş verib.

Yolun kənarında dayanan avtomobildə qəfil alışma baş verib. Avtomobilin hansı səbəbdən yandığı məlum deyil.

Hadisə zamanı avtomobildə kiminsə olması və ya xəsarət alanlar barədə məlumat yoxdur.