Sevdiyi qızla dalaşan iranlı tələbə özünü öldürdü – Bakıda

12:57 | 14.09.2017
22 dəfə oxundu

Bakıda tələbə intihar edib.

 

hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

//APA