Şimali Kipr Elm Universiteti Bakıda beynəlxalq təhsil sərgisində iştirak edib-FOTOLAR

16:29 | 18.04.2018

Bakıda keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak edən Şimali Kipr Elm Universiteti(Cyprus Science University/CSU) özünün yeni proqramı və təqdim etdiyi imkanlarla azərbaycanlı gəncləri universitetdə təhsil almağa dəvət edir.

Bu barədə Editor.az-a danışan Şimali Kipr Elm Universitetinin(CSU)əməkdaşı Fərhad Oral bildirib ki, universitet qarşısına böyük məqsədlər qoyub: “CSU Şimali Kiprin turistik baxımdan ən hərəkətli və zəngin bir bölgəsi olan Girnədə yerləşir. Universitet şəhər mərkəzinə, xəstəxanalara və yaşayış sahələrinə yaxın məsafədədir. Bu mənada tələbələr burada tam rahat və təhlükəsiz şəraitdə təhsil ala bilərlər.

Universitetimiz güclü akademik heyətə, müasir maddi texniki bazaya, beynəlxalq səviyyəli akreditasiyalara, xarici dil və mübadilə proqramlarına, zəngin idman, sosial və mədəni ortama malikdir. Biz dünyanın dörd tərəfindən gələn tələbələrimizə təqaüd, ikinci, üçüncü xarici dil öyrənmək, beynəlxalq mübadilə proqramları ilə tələbələri başqa ölkələrdə təhsil almaq imkanı yaradırıq”.

F.Oral qeyd edib ki, Şimali Kipr Elm Universiteti Türkiyənin Ali Təhsil Qurumu(YÖK) və Şimali Kipr Ali Təhsil Qurumu(YÖDAK) tərəfindən akreditasiyası var və diplomları tanınır: “Bundan başqa Böyük Britaniya Krallığı Milli Tanıma Mərkəzi(UK NARIC) və London Ticarət və Sənaye Odası(LCCI) tərəfindən də akreditasiyasımız var. Hər ötən gün həm kampüsü, həm təhsil səviyyəsini yüksəldən CSU gələcəkdə diplomlarının tanınması coğrafiyasını daha da genişləndirəcəkdir”.

Universitet haqqında geniş məlumatları www.csu.edu.tr saytından almaq olar.

//Editor.az