“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub

16:45 | 31.05.2018
“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub.
Editor.az xəbər verir ki, “Report”un Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) əldə etdiyi məlumata görə, Ədnan Əhmədzadə “SOCAR Trading”in icraçı sədri təyin edilib.
Ə.Əhmədzadə buna qədər “SOCAR Trading”in İdarə Heyətinin üzvü idi və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edirdi.
Məlumata görə, Emil Bayramlı “SOCAR Trading”in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib.
Qeyd olunub ki, Arzu Əzimov “SOCAR Trading”də fəaliyyətini davam etdirir və onun yeni vəzifəsi yaxın vaxtlarda elan ediləcək.