Son 4 ayın statistikası – 4868 nəfər boşanıb

12:23 | 14.06.2018
Bu ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 715 nikah və 4868 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Editor.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.
Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1310 nəfər Azərbaycana gələn, 426 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 884 nəfər təşkil edib.