SON DƏQİQƏ! İlham Əliyev nazir Fazil Məmmədovu işdən çıxardı, yerinə Mikayıl Cabbarovu gətirdi

17:01 | 05.12.2017

Preizdent İlham Əliyev bu gün imzaladığı iki sərəncamla iki naziri tutduğu vəzifədən azad edib.

Editor.az xəbər verir ki, prezidentin sərəncamında Vergilər Naziri Fazil Məmmədov vəzifəsindən azad edilib:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraqqərara alıram:

Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil Naziri Mikayıl Cabbarov da işdən azad edilib
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilsin.

Qeyd edək ki, prezidentin növbəti sərəncamı ilə Mikayıl Cabbarov Vergilər Nazirliyinə gətirilib.