“Super” markalı benzin bahalaşıb

15:55 | 05.09.2017

Azərbaycanda “Aİ-98 super” markalı benzin bahalaşıb. “Super” markalı benzin hazırda 1,30 manata satılır. Artımadək bu markadan olan benzinin qiyməti 1,20 manat idi.

“Super” markalı benzin yalnız “SOCAR Petroleum” QSC-nin yanacaqdoldurma məntəqələrində satılır.

Adıçəkilən şirkətin mətbuat xidmətindən bildirilib ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. “Bilirsiniz ki, “Super” markalı benzin Azərbaycana idxal olunur və yalnız SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılır. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır”, – deyə şirkət rəsmisi bildirib.

//APA