Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapıldı

13:22 | 19.08.2018

Avqustun 7-də Tərtər rayonundan avtobusla Qazaxa gedərkən yolda naməlum şəraitdə itkin düşən qadın tapılıb.

Editor.az Report-a istinadən bildirir ki, 1989 -cu il təvəllüdlü Hüseynova Könül Pünhan qızı yolda avtobusdan düşərək mağazaya getdiyini deyib, lakin geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, qadının itkin düşməsi barədə xəbəri “Report” İA-dan oxuyan şəxs onun Bərdə rayonunda olduğunu polisə məlumat verib. Rayon Polis şöbəsinin əməkdaşları qadını taparaq ailəsinə təhvil veriblər.

Qadının ruhi xəstə olduğu bildirilir.