“Toppuş bacı”: “Qayınanam evini, həyat yoldaşını atıb…”

16:33 | 12.03.2018
Əməkdar artist Tünzalə Əliyeva övladına qayınanasının baxdığını deyib.
Editor.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa “10-dan sonra” verilişində uzun müddətdir qayınanasının onlarla yaşadığını söyləyib:
“Qayınanam olmasaydı, heç bir işimin arxasınca gedə bilməzdim. Hətta verilişə də gələ bilməzdim. Evdə körpə var. İl yarımdan çoxdur ki, qayınanam evini, həyat yoldaşını atıb bizdə qalır. Uşağıma o baxır”.
Əməliyyatla mədəsini kiçildən “Toppuş bacı” ləqəbli aktrisa 14 kiloqram arıqladığını söyləyib:
“Mədəmi kəsib atdılar. Mədəmi o qədər balacalaşdırıblar ki, indi onu üç yarpaqdolması ilə genişləndirmək istəyirik. 20 günə 14 kiloqram çəki atdım”.