Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələdi

14:54 | 12.07.2018

“ABŞ prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib”.

Bunu Almaniyanın “dpa” agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.

“Əgər Alyansa üzrə dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar”, – deyə D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb.

Qeyd edək ki, Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5% -nə qədər artırmağı planlaşdırır.

//report