“Turan”a qarşı sanksiyalar bərpa olunub? – Baş Prokurorluqdan açıqlama

16:02 | 19.09.2017
25 dəfə oxundu

“Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda deyilir:

Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.

“Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.