backend

Türk deputatlarla bağlı Bakıdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüflə qeyd edirəm ki, Türkiyədən olan millət vəkilləri, böyük Atatürkün yaratdığı partiyanın nümayəndələri Azərbaycanın əleyhinə olan qətnamənin qəbul edilməsini dəstəkləyiblər. Bu bir daha onu göstərir ki, Türkiyənin içərisində olan bəzi qüvvələr hələ də Azərbaycan barəsində mənfi fikir yaratmağa çalışırlar.
Bunu açıqlamasında YAP-çı millət vəkili Aydın Mirzəzadə AŞPA-da Azərbaycanın əleyhinə olan qətnaməni CHP-li millət vəkillərinin dəstəkləməsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, onlar başa düşmürlər ki, Azərbaycan və Türkiyə bir-birinə bağlı olan dövlətlərdir: “Biz həmişə bir olmuşuq. Beu situasiyada tək Azərbaycan zərər görmür. Türkiyənin istənilən anında Azərbaycan birmənalı şəkildə onun yanında olub. Həmçinin, 3 nəfərin antiazərbaycan mövqe tutması bütün Türkiyənin mövqeyi demək deyil. Türkiyə dövləti, hökuməti, cəmiyyəti bütün məsələlərdə Azərbaycanın yanındadır. Bizim uğurlarımıza, beynəlxalq aləmdə nüfuzumuzun artmasına sevinib.
 
Azərbaycan Avropa Şurası tərəfindən ona qərəzli mövqenin olduğunu yəqin edir. Cənab prezidentin də dediyi kimi Azərbaycan Avropa Şurasından çıxmaqla nə qazanacaq, nə itirəcək. İtirən Avropa Şurası olacaq. Azərbaycan demokratiya və insan hüquqlarının qorunması yolunda davam edəcək”.
 
Millət vəkili Fazil Mustafa da mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, Dəniz Baykal həmişə bizə dəstək verib: “Onun indi əleyhimizə addım atmağının səbəbini anlaya bilmirəm. Mən o tədbirdə iştirak etməmişəm. Hər halda bu bir az maraqlı məsələ oldu. Ola bilər ki, onlarda hansısa bir başqa motivə görə bu addımı atıblar. Azərbaycan hakimiyyətinin AKP ilə çox yaxınlığı müəyyən dərəcədə bu addımı atmağa sövq edib. Çünki CHP müxalifət partiyasıdır. İstənilən vaxt hakimiyyətlə olan münasibətlərə bir az fərqli yanaşırlar. Əvvəlcədən onlarla nə kimi söhbətlər aparılıb, ya da aparılmayıb bunu da deyə bilmirəm”.
//qafqazinfo