Türkiyə Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edib

21:36 | 07.10.2018

Türkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı deyib.

“Biz BVF-nin kreditlər səhifəsini bağlamışıq ki, bir daha onu açmayaq”, – deyə dövlət başçısı vurğulayıb.

Türkiyə prezidenti bu bəyanatı son zamanlar Vaşinqtonla münasibətlərin, eləcə də 2016-cı ildə Ankara tərəfindən saxlanılan amerikalı keşiş Endryu Bransona görə gərginləşməsi fonunda edib.