Türkiyə polis İŞİD-in “naziri”ni saxladı

14:52 | 12.01.2018

Türkiyənin Kayseri vilayətində polis İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri”ni Tarık Əhmədi saxlayıb.

Keçirilən əməliyyat nəticəsində daha 9 İŞİD üzvü saxlanılıb.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Kayseridə İŞİD-in “cəlladlarından” biri Əbdülxalıq Əbdülqədir saxlanmışdı.

// Trend