Türkiyədə polis və kəşfiyyat xidməti birgə əməliyyat keçirdi: 21 nəfər saxlanıldı

14:46 | 05.10.2018

Türkiyə polisi və Kəşfiyyat Xidməti İzmir vilayətində PKK terror təşkilatının üzvlərinə qarşı birgə əməliyyat keçirib.

Əməliyyat nəticəsində 21 nəfər saxlanılıb.

Saxlanan şəxslərin terrorçularla sıx əlaqələri olduğu qeyd edilir.

Məlumata görə, daha 4 nəfər axtarışa verilib.

Əməliyyat çərçivəsində saxlanılanların kimliyi açıqlanmır.

//Trend