Türkiyədə keyfiyyətli təhsilin ünvanı: İstanbul Aydın Universiteti

21:45 | 13.06.2017
2.493 dəfə oxundu

Türkiyənin nüfuzlu İstanbul Aydın Universiteti(İAU) 2017-2018-ci il təhsil ili üçün tələbə qəbulu prosesinə start verir. Universitetin Bakıdakı rəsmi ofisindən verilən məlumata görə, 4 mini xarici tələbə olmaqla, ümumilikdə isə 39 mindən artıq tələbəyə ev sahibliyi edən, şəhərciyi xatırladan böyük kampüsü ilə Türkiyənin ən sürətlə inkişaf edən ali təhsil ocaqlarından olan İAU burada təhsil almaq istəyən azərbaycanlı gəncləri gözləyir. Universitetin xüsusi olaraq, Azərbaycandan olan tələbələrə olduqca maraqlı və inanılmaz təklifləri var.

Azərbaycanlı tələbələr İAU-nu niyə seçməlidirlər?

– İstanbul kimi böyük və qarışıq şəhərdə yerləşdiyi yerə və nəqliyyata uyğunluğuna görə(Atatürk Aeroportunun 10 dəqiqə məsafəsində və metrobüs yolunun üstündə)

– Beynəlxalq tələblərə cavab verən və dünya səviyyəsində rəqabətə tab gətirəcək maddi texniki bazasına görə(böyük kampüs, texnopark, ixtisaslar üzrə müasir labarotoriyalar)

-Yüksək səviyyəli kadr potensialına görə(Universitetin müəllim heyəti Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu elm adamlarından, professorlarından təşkil edilib)

-Beynəlxalq əlaqələrinə və diplomlarının xaricdə tanınırlığına görə(Universitetin dünyanın 450-dən artıq nüfuzlu təhsil müəssisələri ilə əlaqələri və tələbə mübadiləsi proqramları var. Universitetin diplomları Avropa Birliyi ölkələrində, o cümlədən Azərbaycan Respublikasında müvafiq qaydalara uyğun şəkildə tanınmaqdadır.

-Tələbələr üçün inanılmaz təqaüd imkanları(Universitet təhsildə və həyatında digər sahələrində fərqlənən tələbələri 30/50/70, hətta 100 faiz təaqüdlə təmin edir)

-Xarici tələbələr üçün yaradılan doğma və maraqlı təhsil mühiti( Universitetdə dünyanın 107 ölkəsindən 4 min xarici tələbə təhsil almaqdadır. Universitet onların təhsil həyatının rəngarəng keçməsi üçün olduqda maraqlı intellektual və əyləncəli tədbirlər reallaşdırır)

Universitetin Bakı şəhərində rəsmi təmsilçiliyi-ofisi fəaliyyət göstərir. Universitetə qəbul və digər informasiyalar üçün ofislə əlaqə saxlamaq tövsiyə olunur.

Telefon/Whatsap: +994 50 275 72 15
Ünvan: Tarqovu,Xəqani T/M qarşısı,MADO-un yanı 2-ci mərtəbə, AZ1000 Baku.