Türkiyədə terror aktları planlaşdıran 48 İŞİD terrorçusu saxlanılıb

21:41 | 10.02.2018

Türkiyənin paytaxtı Ankarada terror aktları hazırlamaqda şübhəli bilinən 17 İŞİD terrorçusu saxlanılıb.

Daha 31 terrorçu İstanbulun üç rayonunda saxlanılıb.

Məlumata görə, saxlanılanların hamısı xarici ölkələrin vətəndaşıdır.

//APA