Ukrayna hərbi gəmiləri Rusiyanın xüsusi iqtisadi zonasına daxil oldular – VİDEO

01:00 | 24.09.2018

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Donbas” və “Koreç” gəmiləri Azov dənizinə keçmək üçün Krım körpüsü yaxınlığında Kerç-Yenikal kanalına daxil olublar.

Ukrayna gəmiləri Krım sahilləri boyunca hərəkət edərək həmçinin Rusiyanın xüsusi iqtisadi zonasına da daxil olublar.

Gəmilərin Odessadan yola çıxdığını və Azov dənizindəki Berdyansk bölgəsi istiqamətində hərəkət etdikləri bildirilir.

//Milli.Az