Vəkili Əhmədinejadın həbsini təkzib etdi

22:36 | 07.01.2018

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

Bu barədə bazar günü “Erem news” xəbər portalı məlumat yayıb.
“Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”, – deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.
Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.

//Report