Xəzərdə zəlzələ oldu

14:22 | 19.10.2017
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Editor.az-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 13:21-də Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ hiss olunmayıb.