“Yanımda ata deyənlərə həsrətlə baxıram”- Əkizlərdən ürəkparçalayan sözlər

14:42 | 14.09.2018
Tanınmış müğənnilər Sevil-Sevinc bacılarından xəbər var.
Editor.az big.az-a istinadən xəbər verir ki, əkizlər atası ilə bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər. Onlar atası Azadın və onun adını daşıyan qardaşı oğlunun fotosunu yazaraq, bu sözləri bildirib:
“Sənin üçün o qədər darıxıram ki… iyin, səsin, baxışın, gülüşün… ən çox da qızım sözün üçün… hər uğurumda sənin təbrikini, kədərimdə sənin dəstəyini gözləyirəm. Yanımda “ata” deyənlərə həsrətlə baxıram. Səni bizdən alan o günə nifrət edirəm”
Xatırladaq ki, bir müddət öncə ifaçıların atası ürəktutmasından vəfat etmişdi.