“Yarışa çıxan” BakuBus-un 3 avtobusu toqquşdu – VİDEO

10:27 | 17.10.2018
Gecə Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Editor.az xəbər verir ki, hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus Baku Bus MMC-nin 3 avtobusu toqquşub. Bildirilir ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub.
Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan “Mercedes” markalı minik maşınına dəyib.
Avtubuslarin arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.