“Yaxşı ki, boşandım, indi bundan həzz alıram” – Dilarə

01:12 | 26.04.2018

2017-ci ildə boşandım. Çox şadam ki, boşandım. İndi bundan həzz alıram.

Bu sözləri müğənni Dilarə Kazımova “ATV Kulis” verilişində deyib.

Sənətçi ona tez-tez əri ilə bağlı suallar ünvanlandığını deyib:

“Mənə tez-tez boşanmağım haqda sual verirdilər. Danışmırdım, indi isə sualları cavablandırıram. Çünki əvvəl rəsmi boşanma olmamışdı, indi olub. İkinci dəfə ərə getməyəcəm. Tək darıxmıram”.

Müğənni açıq-saçıq fotolarından söz açıb:

“Bədənim yaxşı görünür, idmanla məşğul oluram. Niyə bunu göstərməyib. Bəziləri qınasa da, çoxları qınamır”.

Aparıcı Murad Əzimzadənin “Əks cinsin nümayəndələrinin xoşuna gəlir, qadınların yox yəqin” sözlərinə Dilarə belə cavab verib:

“Bilirsiz, qadınların da çoxunun bədən quruluşumdan nə qədər xoşları gəlir. Onlara bir az motivasiya oluram. Göstərirəm ki, siz də gedin idmana, belə olun”.

//axşam.az