Yerevanda körpünü bağladılar – Vəziyyət yenə gərginləşir

12:42 | 26.04.2018
Ermənistanın paytaxtında son dəqiqələrdə vəziyyət daha da gərginləşir.
Editor.az Trend-ə istinadən xəbər verir ki, paytaxtın şimalında yerləşən avtomobil körpüsü hazırda etirazçılar tərəfindən bağlanıb. Bu səbəbdən şəhərdə hərəkət dayanıb.
“RİA Novosti”nin müxbirinin verdiyi məlumata görə, yaxın dəqiqələrdə avtomobillər də hərəkəti dayandıracaq və sürücülər etirazçılara qoşulacaq.
Ermənistan müxalifətinin lideri və deputat Nikol Paşinyan isə bu gün bildirib ki, baş nazir təyin olunanadək kütləvi aksiyalar davam edəcək.
O qeyd edib ki, hakim Respublika partiyası ona baş nazir olmağa imkan verməyənədək etiraz aksiyaları daha da böyüyəcək. N.Paşinyanın sözlərinə görə, etirazçılar artıq öz namizədini seçib.