1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülübbackend

1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Azərbaycanda məhkəmələrin pandemiya ilə əlaqədar məhdudiyyətlə fəaliyyətinə baxmayaraq, yerli probasiya qurumlarında 9 min 576 məhkum qeydiyyata alınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.

Onun sözlərinə görə, il ərzində eyni zamanda müxtəlif hüquqi əsasla 10 min 453 məhkum qeydiyyatdan çıxarılıb:

“Hesabat dövrü ərzində cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da ödənilən məbləğin 59 faizindən çoxunu təşkil edir. Hesabat dövründə 155 min 131 saat ictimai işlərin həyata keçirilməsi təmin edilib”.

Loading...