Lotereya həvəskarı Pyatiqorskda (Şimali Qafqaz) hobbisinin bədəlini ödəyəcək.
Editor.az bu məzəli cinayətlə bağlı regional Daxili İşlər Nazirliyinə istinadən məlumat verir. Həmin məlumata görə, gecə saatlarında 38 yaşlı kişi pəncərədən istifadə edərək köşkə girib və oradan təxminən 1,6 min lotereya bileti oğurlayıb.
“Bəzilərinin üzərindəki qoruyucu təbəqəni silməyi bacarıb və heç nə qazanmadan onları atıb, – nazirlik bildirir. Qalan bütöv biletlər polis tərəfindən müsadirə edilib və sahibinə qaytarılıb. Faktla bağlı cinayət işi açılıb. Dəymiş zərərin məbləği 140 min rubl qiymətləndirilir.
//Samir Qurbanov. Editor.az

