1-ci sinif şagirdi məktəbdə öldübackend

1-ci sinif şagirdi məktəbdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

Noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır./Sfera.az