Tayvanda “COVİD-19″a yoluxma halları artmaqda davam edir.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən 9733 tələbənin koronavirus testi müsbət çıxıb.
Ölkədə 1400 məktəbdə ya tamamilə, ya da müəyyən siniflərdə tədris bir müddətlik dayandırılıb. Paytaxt Taybeydəki Amerika Kolleci distant təhsilə keçib. Son məlumatlara görə, Tayvanda “COVİD-19” a yoluxanların sayı 100 mini keçib. Səhiyyə naziri Çen Şih Çhunq bu gün keçirdiyi mətbuat konfransında eyni gündə 12313 yoluxma faktının qeydə alındığını söyləyib. O, artımının yaxın günlərdə daha sürətlənəcəyi barədə xəbərdarlıq edib.
//Nəzərbəy, Editor.az

