Ukrayna hərbçiləri gün ərzində düşmənə məxsus “Su-25” hücum təyyarəsini, “Mi-24” helikopterini və 7 pilotsuz uçuş aparatını vurub.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan bəyanatında deyilir: “Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 13 zərbə endirib.
Bundan əlavə, ukraynalı müdafiəçilər düşmənin “Su-25” hücum təyyarəsini, bir “Mi-24” helikopterini və yeddi pilotsuz təyyarəni (1 Supercam, 2 Orlan və 4 Lancet) vurub. Raket və artilleriya bölmələri düşmənin 6 cəmləşdiyi ərazini və orada cəmləşən döyüş sursatını vurub”, – məlumatda deyilir.
//Samir Qurbanov, Editor.az