1 yaşlı uşağın qətli ölkəni silkələdi: “Kimin kimə zərər verəcəyi bilinmir” – Psixoloji böhran!backend

1 yaşlı uşağın qətli ölkəni silkələdi: “Kimin kimə zərər verəcəyi bilinmir” – Psixoloji böhran!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. 28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlunu boğaraq qətlə yetirib.
Hadisənin bəzi təfərrüatı meydana çıxıb. Məlumata görə, 1 yaşlı oğlu Ruzini qətlə yetirən 28 yaşlı V.Əliyev paytaxtda fəhləliklə məşğul olurmuş. O, hadisənin baş verdiyi evə təxminən iki həftə əvvəl köçübmüş və orada kirayədə qalırmış. Qonşular deyir ki, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə yollanan V.Əliyev 2020-ci il təvəllüdlü körpəsini boğaraq öldürüb.
Yeganə övladının ölümünə inana bilməyən V.Əliyevin həyat yoldaşı körpənin cansız bədənini götürərək kiçik bir ümidlə olsa da, küçəyə qaçıb. Köməyə gələnlər Ruzinin öldüyünü görüblər. O isə qonşulara “uşağı əmizdirəndən süddən boğulub” deyib. Lakin ilkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Bədbəxt hadisəni “Sherg.az”a dəyərləndirən yazıçı-jurnalist Türkan Turan bildirib ki, baş verənlərin yaşanmasına səbəb olan əsas amillərdən biri pandemiyanın yaratdığı fəsadlardır.Yazıçının fikrincə, nə olursa olsun, belə əməlin törədilməsi iyrəncdir:
“Xəbəri oxuyanda ağlıma bir fikir gəldi:“Sanki ölkə olaraq “cinnət keçiririk”. Düşünürəm ki, bu hadisənin yaşanmasında pandemiyanın da müəyyən rolu var. İnsanlar o qədər dərin psixoloji böhran içindədirlər, artıq kimin kimə zərər verdiyi bəlli deyil. 1 yaşlı uşaq nə edə bilər ki? Əlbəttə, heç bir halda hansısa qətlə bəraət qazandırmaq olmaz. Lakin nə baş verə bilər ki, ata 1 yaşlı övladına boğaraq öldürsün? Bu, sadəcə dəhşətdir”.
T.Turan qeyd edib ki, son günlər gənc ataların çox pis əməllərlə məşğul olduğunu müşahidə edir:
“Dünən 26 yaşlı narkoman atanın övladına xoşagəlməz hərəkətinin şahidi oldum. Düşünürəm ki, bu durum erkən evliliyin də fəsadı ola bilər. Kişilərin də erkən evlənmə problemi var. Çünki  atalıq duyğusunu dərk etmirlər. Hər kəs ata, ana ola bilməz. Hadisənin yaşanmasına bir çox amil səbəb ola bilər: psixoloji faktorlar, erkən evliliyin fəsadı, pandemiyanın yaratdığı gərginlik.  Əlbəttə, erkən yaşda ata olan çox gözəl nümunələr də var. Amma elə bir sürətli dövrdə yaşayırıq ki, hər kəs atalıq duyğusunu dərk edə bilməz. Məhz hadisəni törədən şəxs də bu duyğu ilə uzlaşmır. Ümumiyyətlə, bu cür anormal qətllərə çox rast gəlirik.
Yalnız Azərbaycanda yox, müxtəlif ölkələrdə belə hallarla qarşılaşırıq. Ancaq 1 yaşlı körpənin öldürülməsi çox dəhşətli əməldir”.