backend

10 gün əvvəl qəzaya düşdü – Bu gün xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 17.00 radələrində İsmayıllı rayonu ərazisində Şəki rayon sakini Hafiz Abdulkərimov idarə etdiyi VAZ-21099 markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə xəsarət alan sürücü və sərnişini – atası Şəfayət Abdulkərimov xəstəxanaya yerləşdirilib. Ş. Abdulkərimov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.