“Leopard 1A5” ağır tankının ilk partiyası Ukraynaya çatdırılıb – Danimarka Müdafiə Nazirliyibackend

“Leopard 1A5” ağır tankının ilk partiyası Ukraynaya çatdırılıb – Danimarka Müdafiə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Müdafiə Nazirliyi “Leopard 1A5” ağır tankının ilk partiyasını Ukraynaya çatdırıb. Tezliklə daha bir neçə “Leopard 1A5” Ukrayna hərbçilərinə təhvil veriləcək.

Editor.az xəbər verir ki, bu barədə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “İndi onlar ukraynalıların yeni başladıqları hücumda iştirak edə bilərlər. Yazdan bəri davam edən işlər dayanmır. Təlim Almaniyada keçirilir, burada danimarkalı tank təlimatçıları alman hərbçiləri ilə birlikdə ekipajları hazırlayır və tankları Ukraynaya göndərir”, – deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, may ayında Danimarka və Almaniya 80 “Leopard 1” tankını (beş tank rotası) təhvil verməyi planlaşdırdıqlarını açıqlayıblar. Elə həmin ay Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bu tankların 2005-ci ildə istismardan çıxarılaraq anbara qoyulduğunu bildirib. İyulun ortalarında Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın yaxın bir neçə həftə ərzində onlarla “Leopard 1A5” tankı alacağını bildirib.

//Samir Qurbanov, Editor.az