10 mindən çox Şimali Koreya əsgəri Ukraynaya qarşı vuruşmaq üçün Rusiyaya gəlib – Cənubi Koreya kəşfiyyatıbackend

10 mindən çox Şimali Koreya əsgəri Ukraynaya qarşı vuruşmaq üçün Rusiyaya gəlib – Cənubi Koreya kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 10 mindən çox Şimali Koreya əsgəri Ukraynaya qarşı müharibəyə dəstək vermək üçün işğalçı ölkə Rusiyaya gəlib.

Editor.az bildirir ki bu barədə “Reuters” noyabrın 5-də Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb. Seul Müdafiə Nazirliyinin sözçüsü Çonq Ha Kyo brifinqdə kəşfiyyat məlumatlarına istinadən deyib: “Hazırda Rusiyada 10 mindən çox Şimali Koreya əsgəri var və onların əhəmiyyətli bir hissəsi cəbhə bölgələrinə, o cümlədən Kursk bölgəsinə köçürülüb”.

Şimali Koreyalıların döyüşlərdə iştirak edib-etmədiyini soruşduqda Çon heç bir məlumatı olmadığını deyib. O, mediada KXDR-dən olan 40-a yaxın əsgərin artıq cəbhədə həlak olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Bu bəyanatlar Pentaqonun Ukrayna ilə sərhədə yaxın Kursk bölgəsində ən azı 10 min Şimali Koreya əsgərinin olduğunu bildirməsindən bir neçə saat sonra verilib, “Reuters” yazır. Lakin o, onların döyüş əməliyyatlarında iştirak etdiyi barədə xəbərləri təsdiq edə bilməyib. General-mayor Patrik Rayderin sözlərinə görə, Rusiyada ümumilikdə 11-12 min Şimali Koreya əsgəri var.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin verdiyi məlumata görə, 500-ü zabit və üç general olmaqla, 12 minə yaxın Şimali Koreya hərbçisi artıq Rusiyadadır və beş hərbi bazada təlim keçir.

//Samir Qurbanov, Editor.az