Mariupol ətrafında 10 mindən çox rus əsgəri var.
Bu barədə Ukrayna Müdafiə Naziri Aleksey Reznikov rus işğalçıları tərəfindən dağıdılmış Qostomel şəhərinə səfəri zamanı xarici jurnalistlərə məlumat verib.
Editor.az-ın yaydığı xəbərə görə, nazir ukraynalı əsgərlərin Mariupolun müdafiəsini davam etdirdiklərini qeyd etməklə yanaşı, 10 mindən çox rus əsgərinin şəhər yaxınlığında mövqe tutduğunu da bildirib. Bundan əvvəl isə Mariupol meri Vadim Boyçenko şəhərdə vəziyyətin ağır, lakin hələ də Ukrayna ordusunun nəzarətində olduğunu söyləmişdi.

