backend

10 yaşlı qızcığazı öldürüb sandıqda gizlədən qonşu qorxunc gerçəyi etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində parkdan üç gün öncə yoxa çıxan 10 yaşlı Ceylin Atikin qonşularının evində ölü tapıldığı haqda məlumat vermişdik.
Üç gün öncə yoxa çıxan uşaq qonşunun evində ölü tapıldı – VİDEO – FOTO
Editor.az  Milli.Az-a istinadən xəbər verir ki, qonşusunun evində sandığın içində cəsədi tapılan 10 yaşlı Ceylin Atikin ölümü ilə əlaqədar nəzarətə götürülən 3 qonşu həbs olunub. Ş.T. adlı qadın ilə əri S.T. və qadının bibisi olan R.Ö. dünən gecə saatlarında prokurorluğa aparılıblar. Prokurorluqda ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan 3 şübhəli barədə həbs qətimkan tədbiri seçilib.
Şübhəli qadın Ş.T. ifadəsində Ceylini öldürdüyünü etiraf edib. O, azyaşlı qızı babasından pul tələb etmək üçün oğurladığını da sözlərinə əlavə edib.
Xatırladaq ki, Ş.T.-nin ilk ifadəsində: “Ceylin binadan yıxılıb öldü, mən də qorxdum, sandıqda gizlətdim”, – demişdi.