100 gün ərzində Ukraynada prezident seçkiləri keçirilə bilərbackend

100 gün ərzində Ukraynada prezident seçkiləri keçirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti 100 gün ərzində seçkilər keçirməyə və “müəyyən şərtlər daxilində” NATO üzvlüyündən imtina etməyə hazırdır.

Editor.az xəbər verir ki, bu barədə “Bild” qəzetinin yüksək vəzifəli Ukrayna rəsmisinə istinadən verdiyi məlumata görə, Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski də hazırkı təmas xətti boyunca hərbi əməliyyatları dondurmağa hazırdır, lakin Ukrayna qoşunlarını Donbasda işğal etdiyi ərazidən çıxarmaqdan imtina edir.

ABŞ prezidenti Donald Tramp Donbasda silahsızlaşdırılmış azad iqtisadi zona yaratmaq ideyasını irəli sürüb. Politico-nun məlumatına görə, Ukrayna ABŞ ilə danışıqlarda bu təklifi rədd edib. Kreml Ukrayna Silahlı Qüvvələrinin DXR ərazisindən tamamilə çıxarılmasında israr edir.

Bundan sonra Rusiya qoşunlarının da çıxarılması mümkündür, lakin Milli Qvardiya və polis Donbasda qalmalıdır, deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib.

//Samir Qurbanov, Editor.az