“100 nəfəri öldürmək istəyirəm”. Məktəbdə terror planlaşdıranlar saxlanıldı – FOTO/VIDEObackend

“100 nəfəri öldürmək istəyirəm”. Məktəbdə terror planlaşdıranlar saxlanıldı – FOTO/VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəbdə terror törətmək istəyirəm. Cərgəyə girəcəm… 100 nəfəri öldürmək niyyətindəyəm”.

TASS-ın məlumatına görə, bu Rusiyada sentyabrın 1-də məktəbdə terror hazırlamaqda şübhəli bilinərək saxlanılan gənclərdən birinin sözüdür.

O, sxem üzrə boruşəkilli bomba hazırladığını iddia edib.

Qeyd edək ki, RF Federal Təhqiqat Bürosu kütləvi qətlə hazırlaşan qapalı internet birliyinin 13 üzvünü saxlayıb.

“Bir sıra regionlarda əldəqayırma partlayıcı qurğulardan, yandırıcı qarışıqlardan, soyuq silahlardan istifadə edərək kütləvi qətllər planlaşdıran, habelə internet istifadəçilərini bu cür cinayətlərə inandıran 13 Rusiya vətəndaşı saxlanılıb. Onlardan 11-i sosial şəbəkələrdən birinin qapalı internet icmasının üzvləridir”, – deyə məlumatda bildirilir.