102-ci Rusiya hərbi bazası Ermənistandan çıxarılacaqmı – Dmitri Peskov cavab verdibackend

102-ci Rusiya hərbi bazası Ermənistandan çıxarılacaqmı – Dmitri Peskov cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan “qısa müddətdə” danışmalıdırlar.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. İrəvanın 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edəcəyi ilə bağlı hər hansı narahatlığın olub-olmaması ilə bağlı suala o qeyd edib: “Bununla bağlı heç bir siqnal daxil olmayıb.

Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – Kreml nümayəndəsi mətbuata danışarkən deyib. O, iki ölkə liderləri arasında təmasların nə vaxt baş tuta biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, aprelin 17-də Kreml Rusiyanın Dağlıq Qarabağdan sülhməramlılarını vaxtından əvvəl çıxarmağa başladığını elan edib. Aprelin 20-də Paşinyan Rusiya sərhədçilərinin Azərbaycanla həmsərhəd Tavuş rayonundan çıxarılacağını bildirib.

//Samir Qurbanov, Editor.az