11 ildən sonra bir ilk: Çavuşoğlu Misirə gedirbackend

11 ildən sonra bir ilk: Çavuşoğlu Misirə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Semih Şükrinin dəvəti ilə martın 18-də Misirə rəsmi səfər edəcək.

Editor.az türk mətbuatına istinadla xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Çavuşoğlu ilə Şükri arasında keçiriləcək görüşdə Türkiyə-Misir ikitərəfli münasibətlərinin bütün aspektlərdə müzakirə ediləcəyi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulub.

Qeyd edək ki, Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq. Nazir Şükri Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edərək nazir Çavuşoğlu ilə görüşüb. Misir də zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə humanitar yardım göndərib.

//Gülnarə Abasova, Editor.az