11 “Şahed”in hamısı vuruldubackend

11 “Şahed”in hamısı vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 19-na keçən gecə Rusiya ordusu 11 ədəd “Şahed” tipli pilotsuz təyyarə ilə Ukraynaya hücum edib.

Editor.az bildirir ki, bu barədə avqustun 19-da Telegram-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib. Onun sözlərinə görə, pilotsuz təyyarələr işğalçılar tərəfindən Rusiya Federasiyasının Kursk istiqamətindən və Krasnodar vilayətindən göndərilib.

Müdafiə qüvvələrinin mobil atəş qrupları, zenit-raket bölmələri, Silahlı Qüvvələrin aviasiya və elektron döyüş bölmələri düşmənin bütün PUA-ları vurub. Oleşçuk əlavə edib ki, Rusiya pilotsuz təyyarələri Nikolaev, Çerkassı, Vinnitsa, Kiyev, Dnepropetrovsk, Xarkov, Sumi və Donetsk vilayətləri üzərində məhv edilib.

//Samir Qurbanov, Editor.az