11 yaşlı uşaq tapança ilə özünü güllələyibbackend

11 yaşlı uşaq tapança ilə özünü güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə özünü tapança ilə vuran 11 yaşlı orta məktəb şagirdi həyatını itirib.

Editor.az türk mediasına istinadla xəbər verir ki, hadisə Samsunun Bafra mahalında baş verib. Əldə edilən məlumata görə, orta məktəbin 6-cı sinif şagirdi 11 yaşlı Əli Gündüz yaşadıqları evdə tapılan tapança ilə özünü güllələyib və atəş səsi ilə otağa qaçan yaxınları tərəfindən tapılan uşaq təcili yardımla Bafra Dövlət Xəstəxanasına aparılıb. O, bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

//Gülnarə Abasova, Editor.az