11 yerli icma başçısı Rusiya əsirliyindədirbackend

11 yerli icma başçısı Rusiya əsirliyindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 3-nə olan məlumata görə, Ukraynada 11 yerli icma başçısı işğalçılara əsir düşüb.

Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən məlumat verir. Ukrayna Reinteqrasiya Nazirliyinin rəhbəri İrina Vereşukun verdiyi həmin məlumata görə, Kiyev, Xerson, Xarkov, Zaporojye, Nikolayev və Donetsk vilayətlərinin 11 yerli icma başçısı işğalçıların əsirliyindədir. “Biz onlar, eləcə də itkin düşmüş digər mülki şəxslər haqqında Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat veririk və bu beynəlxalq təşkilat vasitəsilə Rusiyadan bu şəxslərin harada olması və onların sağlamlıq vəziyyəti barədə məlumat verməsini tələb edirik” – Vereşuk belə deyib.. Onun sözlərinə görə, hakimiyyət hərbi əsir mübadiləsi çərçivəsində mülki şəxslərin də azad edilməsi üçün danışıqlar aparır.

 Editor.az