111 yaşlı qadın uzun yaşamağın sirrini açıbbackend

111 yaşlı qadın uzun yaşamağın sirrini açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada yaşayan Ancelina Torres 112 illik yubileyi ərəfəsində aktiv qocalmanın sirrini bölüşüb və uzun yaşamağın sirrindən danışıb.

Editor.az bu barədə Andalucia Information-a istinadla xəbər verir. Qadın 1913-cü il martın 18-də Belvis bələdiyyəsində anadan olub və ailənin beşinci övladı olub. Tezliklə ailəsi Torresin bütün həyatı boyu yaşadığı Barselonaya köçüb. Evlənib və bir qız övladı dünyaya gəlib. O indi özünü iki nəvə və üç nəticənin xoşbəxt sahibi kimi qələmə verir. Torres həyatından danışarkən demək olar ki, heç vaxt xəstələnmədiyini bildirir. Qadın deyir ki, aktiv yaşlanmasının sirri hər səhər içdiyi içkidir: bir stəkan su, bir neçə damcı limon və bir çay qaşığı şəkər.

O həm də əmindir ki, uzun gəzintilər və həyata pozitiv baxış ona formada qalmağa kömək edir.

//Gülnarə Abasova, Editor.az