12 ABŞ ştatı Donald Trampa qarşı birləşibbackend

12 ABŞ ştatı Donald Trampa qarşı birləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 12 ştatı ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tarifləri ləğv etmək üçün məhkəməyə müraciət edib.

Editor.az xəbər verir ki, bu barədə Nyu-York qubernatorunun mətbuat xidməti məlumat yayıb. Tariflər “iqtisadi artımı yavaşlatacaq, işsizliyi, inflyasiyanı və tənəzzül riskini artıracaq”, – bəyanatda deyilir.

İddia ABŞ Beynəlxalq Ticarət Məhkəməsində qaldırılıb. Nyu Yorka Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Oreqon və Vermont ştatları da qoşulub.

Qeyd edək ki, Donald Tramp aprelin əvvəlində 185 ölkəyə idxal rüsumları tətbiq edib. Çinə qarşı tariflər ən böyük olub – hazırda Çin mallarına rüsumlar 145% təşkil edir. Tramp əvvəllər demişdi ki, onun tətbiq etdiyi tariflər hər gün ölkəyə 2 milyard dollar gəlir gətirir. Onun sözlərinə görə, 70-dən çox ölkə Vaşinqtonla tariflərlə bağlı danışıqlara hazırdır.

//Samir Qurbanov, Editor.az