12 ildir itkin düşən gənc qadın üçün gölü qurutdular- Hadisənin TƏFƏRRÜATLARIbackend

12 ildir itkin düşən gənc qadın üçün gölü qurutdular- Hadisənin TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2009-cu ildə İngiltərədə 35 yaşlı Claudia Lawrence-in yoxa çıxmasını araşdıran polis ipucu tapmaq üçün Şimali Yorkşirdəki Sand Hutton çınqıl çuxur göllərini qurudub.

Editor.az xəbər verir ki, İngiltərənin Yorkshire şəhərində yaşayan Claudia Lawrence 2009 -cu ilin mart ayında Analar Günündə yoxa çıxıb. Universitetdə müəllim işləyən Claudia avtomobili xarab olduğu üçün göl kənarında piyada getməyə qərar verib və bir daha ondan xəbər alınmayıb. Hadisədən 12 ildən sonra Şimali Yorkshire Polisi yeni məlumatlar əldə etdikdən sonra Şimali Yorkşirdəki Sand Hutton çınqıl çuxur göllərini qurutmağa qərar verib. İki gölün ən kiçiyinin boşaldılması işləri başa çatıb.

Hadisə yerindən gələn Claudia’nın 78 yaşındakı anası Joan deyib:

“Bir ana olaraq qızının gölün qurudulub barmaq ucları ilə axtarılmasını eşitmək sadəcə bir kabusdur. Heç bir valideyn bunu yaşamamalıdır. Hər gün mən görəsən qızımın başına nə gəlib deyə əzabı ilə yaşayıram”.

//Gülnarə Abasova, Editor.az